Bərdədə 2 nəfərin ölümünə, 4 nəfərin yaralanmasına səbəb olan yol qəzası baş verib.
SİA xəbər verir ki, hadisə Bərdə-Tərtər yolunda baş verib.
İki avtomobilin toqquşması nəticəsində adı hələlik məlum olmayan şəxs hadisə yerində həyatını itirib. Digər şəxs, 1988-ci il təvəllüdlü Abbasov Samir Sabir oğlu Bərdə Mərkəzi Rayon Xəstəxanasına gətirilsə də həkimlər onun həyatını xilas edə bilməyib.
Faktla bağlı araşdırma aparılır.