“La Republica” nəşri Füzulidən reportaj hazırlayıb

21 Noyabr 2020 12:20 (UTC+04:00)

İşğaldan azad edilmiş torpaqlarda fosfor mərmisinin partladılması barədə İtaliyanın "La Republica" nəşri reportaj hazırlayıb. SİA-nın xəbərinə görə, qəzetdə deyilir: "Biz Füzulidəyik daha doğrusu şəhərin qalıqlarında... 30 il əvvəl 17 minlik dinc azərbaycanlı əhalisi erməni ordusu tərəfindən bu şəhərdən sürgün edilib. Bu etnik təmizləmə siyasətinin yalnız bir nümunəsidir. Burada hər şey dağıdılıb. Nə bir bina, nə bir ev, nə də bir məscid salamat qalıb", - deyə reportajda bildirilib.

Eyni zamanda, qeyd edilib ki, Füzuli çoxsaylı əsgərlərin canı bahasına iki həftə öncə azad edilib.