"Qarabağa əsgər göndərəcəyik - Hulusi Akar

21 Noyabr 2020 11:17 (UTC+04:00)

Ən tez zamanda Dağlıq Qarabağa əsgər göndərəcəyik. SİA-nın məlumatına görə, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

H.Akar bildirib ki, quru qoşunlarımızın Azərbaycana göndərilməsi üçün bütün işlər tamamlanıb.