Fransanın ermənipərəst mövqe işğalçılara dəstək deməkdir Mövlud Çavuşoğlu

21 Noyabr 2020 09:47 (UTC+04:00)

Azərbaycan həm hüquqi, həm də siyasi baxımdan haqlıdır. SİA xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O qeyd edib ki, təəssüflər olsun ki, bəzi dövlətlər Azərbaycanın haqq işini dəstəkləmək əvəzinə ya tərəfsiz qaldılar, ya da Ermənistanı açıq şəkildə dəstək verdilər: "Ermənistan Azərbaycan ərazilərini işğal etməklə beynəlxalq hüququ heçə saydığını göstərmişdir. Ermənistanı durdurmağın vaxtı gəlmişdi və bu da oldu"

Onun sözlərinə görə, Fransanın ermənipərəst mövqe sərgiləməsi işğala dəstək deməkdir.