ABŞ-da naməlum şəxsin ticarət mərkəzinə silahlı hücumu nəticəsində 8 nəfər yaralanıb

21 Noyabr 2020 06:23 (UTC+04:00)

Naməlum şəxs ABŞ-ın Viskonsin ştatının Uovatosa şəhərində yerləşən ticarət mərkəzində atəş açıb.

SİA-nın məlumatına görə, bu barədə yerli polis idarəsi "Twitter" səhifəsində yazıb.

Məlumata əsasən, hadisə nəticəsində 8 nəfər yaralanıb. Bütün yaralananlar xəstəxanaya yerləşdirilib.

Atəş açan şəxsin kimliyi hələ müəyyənləşdirilməyib. Polis gələnədək o hadisə yerindən qaçıb. Onun barəsində axtarış elan olunub.