Braziliyada son sutka ərzində daha 38 min nəfərin koronavirusa yoluxması təsdiqlənib

21 Noyabr 2020 06:59 (UTC+04:00)

Braziliyada son sutka ərzində daha 38 397 nəfərin koronavirus infeksiyasına yoluxması, 552 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

SİA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 6 020 164 nəfər yoluxub. Bu müddət ərzində 168 613 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 5 422 102 xəstə müalicə olunaraq sağalıb.