Çotari Alban-Udi kilsəsi haqqında VİDEO

20 Noyabr 2020 09:21 (UTC+04:00)

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə dağıdılan, talan edilən mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər, Azərbaycan xalqının Qarabağda saxtalaşdırmaya və mənimsənilməyə məruz qalan zəngin mədəni irsi ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə ictimailəşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən “Qarabağ – mədəniyyətimizin beşiyi” adlı layihə davam edir.

SİA-nın məlumatına görə, layihə çərçivəsində növbəti material Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən Çotari Alban-Udi kilsəsi yerli sakinlərin vəsaiti hesabına 1723-cü ildə inşa edilib. Kilsənin adı qəsəbədəki Çotari məhəlləsinin adından götürülüb.