“Azərbaycan dili - milli varlığımızdır” virtual esse müsabiqəsinin nəticələri açıqlanıb FOTOLAR

19 Noyabr 2020 17:17 (UTC+04:00)

F.Köçərli adına Respublika Uşaq Kitabxanası və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə layihəsi əsasında oxucular və dərnək üzvləri arasında keçirilən esse müsabiqəsinin nəticələri açıqlanıb.

SİA-nın məlumatına görə, onlayn müsabiqəyə 110-a yaxın esse təqdim olunub.

Münsiflər heyətinin qərarına əsasən, 14-16 yaş qrupu üzrə 1-ci yerə Fidan Əzimzadə, 2-ci yerə Pəri Əliyeva, 3-cü yerə Ruşaniyyə Nizaməddinova, 10-13 yaş qrupu üzrə 1-ci yerə Pınar Bünyatzadə, 2-ci yerə Aysu Aslanova, 3-cü yerə Hacı Şərifli layiq görülüb.

Digər iştirakçılara həvəsləndirici diplomlar verilib və kitabxana tərəfindən kitablar hədiyyə edilib.