Ermənilər Bülbülün ev muzeyini dağıdıb - VİDEO

19 Noyabr 2020 15:45 (UTC+04:00)

Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov məşhur opera müğənnisi Bülbülün ermənilər tərəfindən dağıdılan ev muzeyinin görüntülərini paylaşıb. SİA-nın məlumatına görə, o, "Tvitter"də sənətkarın Şuşadakı mənzilinin görüntülərini yayaraq məkanın vandalizmə məruz qaldığını ifadə edib.

“Bu, ermənilərin Şuşada məşhur azərbaycanlı opera müğənnisi Bülbülün (1897-1961) ev-muzeyinə etdikləridir”,- deyə A.Kərimov qeyd edib.

Görüntülərdə evin odun anbarı kimi istifadə olunduğu, Bülbülün həyətdəki heykəlinin isə dağıdıldığı açıq-aşkar görünür.