Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxana dövlətimizə və ordumuza dəstək məqsədilə hərbi vətənpərvərlik mövzusunda “Qarabağ Azərbaycandır!” adlı videoçarx hazırlayıb.
İdarədən SİA-ya bildirilib ki, videoçarxda Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad etdiyi ərazilər haqqında məlumat verilir.
Qeyd edək ki, videoçarxın hazırlanmasında əsas məqsəd Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan igid əsgərlərimizə, ordumuza dəstək nümayiş etdirmək, eyni zamanda, diqqəti vətənpərvərlik hisslərinin təbliğinə, gənclərimizin hər an cəbhəyə getməyə hazır olmasına yönəltməkdir.