“Xəyanəti əxlaqsız yalanlarla gizlətmək olmaz” Armen Aşotyan

16 Noyabr 2020 20:57 (UTC+04:00)

Saxtakar Paşinyan, xəyanətini bir sıra əxlaqsız yalanlarla gizlətmək olmaz. SİA xəbər verir ki, bu sözləri Ermənistanın Respublikaçılar Partiyası sədrinin müavini Armen Aşotyan öz Facebook səhifəsində yazıb.

“İki il yarım müddətdə sən Dağlıq Qarabağ məsələsi ilə bağlı danışıqların mənasını və mahiyyətini anlamadın. Sən, özünün də etiraf etdiyin kimi, danışıqları Əliyevdən öyrənməyi üstün tutdun. Çünki xaricdə özünü çevik bir əyalət kimi göstərirdin. Çünki sən vətəni olmayan bir heçsən. Çünki Şuşa şəhərində rəqs etdiyin, yeyib-içdiyin zaman özünü yaxşı hiss edirdin, amma Şuşanı qorumağına ehtiyac duyduğunda, gücsüz bir xain oldun.
Doğulduğun günə, xalqın səni xilaskar elan etdiyi günə, erməni xalqı, bütün ermənilər üçün ən rüsvayçı, utancverici təslimiyyət sənədinə imza atdığın günə lənət olsun”, deyə Armen Aşotyan öz paylaşımında bildirib.