"Şuşa, sən azadsan! Şuşa biz səni yenidən quracağıq". Bu ifadə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə məxsusdur. Azərbaycanın qeyrət qalası Şuşa Şanlı Ordumuz tərəfindən azad olunduğu gün deyilmişdi bu sözlər. Bəli, Azərbaycan Prezidenti dediyini edir, bu gün artıq aidiyyəti qurumlar bütün işğaldan azad edilmiş ərazilərimiz kimi, Şuşada da əməli fəaliyyətə başlayıblar. Şəhər və rayonlar yenidən qurulur. Artıq Şuşa məscidi Azərbaycandan ötürülən elektriklə işıqlandırılır, öz şöləsi ilə düşmənin gözünə od tökür.
SİA-nın əldə etdiyi məlumata görə, artıq "Azərişıq" işğaldan azad edilmiş rayon və şəhərlərin elektriksisteminin yenidən qurulması məsələsi barədə konkret layihələrə malikdir və bu layihələrin icrasına başlanılıb.
Şuşa məscidinin Azərbaycanın elektriki ilə işıqlandırılması, həqiqətən qürurvericidir: