Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə dağıdılan, talan edilən mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər, Azərbaycan xalqının Qarabağda saxtalaşdırmaya və mənimsənilməyə məruz qalan zəngin mədəni irsi ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə ictimailəşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən “Qarabağ – mədəniyyətimizin beşiyi” adlı layihə davam edir.
SİA-nın məlumatına görə, layihə çərçivəsində növbəti material Mirəli türbəsi Füzuli rayonunun Aşağı Veysəlli kəndində təpə üzərində ucalan qülləvari türbədir.
Türbə inşaat texnikasına görə, Elxanilər dövründə XIV əsrdə tikildiyi hesab edilir.