Zöhrə Abdullayeva: "Şuşaya bayraq sancan əsgərin barmağına brilyant üzük taxacağıq"

16 Noyabr 2020 11:30 (UTC+04:00)

Əməkdar artist Zöhrə Abdullayeva verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, ifaçı Şuşaya köçmək istədiyini bildirib: "Təməlli Şuşaya köçəcəm. Kim səsimi eşitmək, məni görmək istəsə, Şuşaya gəlsin. Orada Mədəniyyət Evində konsert verəcəm. Evim məsciddən aşağıdadır. Deyirlər, evim qalır. Çünki içində erməni yaşayırmış. İndi bilmirəm, çıxanda dağıdar, ya yox".

Onu da qeyd edim ki, gəlinimin anası deyir ki, Şuşaya bayrağımızı sancan əsgərə brilyant üzüyümü bağışlayacam. İndi biləcəyik, həmin əsgər kimdir, aparıb barmağına taxacayıq" deyə, Abdullayeva sözlərinə davam edib.