Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Azərbaycan Ordusunun müzəffər əsgərlərinin uğurlarını videoçarxlar şəklində təqdim etməyə davam edir.
İdarədən SİA-ya bildirilib ki, kitabxananın informasiya-resurs şöbəsi "Şücaətli Azərbaycan Ordusunun uğurları" adlı layihə əsasında iki yeni videoçarxı sosial şəbəkələrə təqdim edir.
Videoçarxda Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmiş torpaqlarımız siyahı şəklində verilir. Həmçinin qeyd edilən kəndlərin tarixi, toponimikası və iqtisadiyyatı ilə bağlı informasiyalar da yer alır.
Videoçarxların müşayiət olunduğu "Can Azərbaycan" mahnısının ifaçısı Şəmistan Əlizamanlı, "Azərbaycan" mahnısı isə Xalq artisti Zülfiyyə Xanbabayeva tərəfindən ifa olunub.
Videoçarxlar kitabxananın "YouTube" kanalında yerləşdirilib.