Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və TURKPA-nın rəhbərliyi Fəxri xiyabanı ziyarət ediblər FOTOLAR

13 Noyabr 2020 15:15 (UTC+04:00)

Noyabrın 13-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və TURKPA-nın Baş katibi Altınbek Mamayusupov Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül qoyublar.

SİA-nın məlumatına görə, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Sonra Şəhidlər xiyabanına gedən qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş qəhrəman türk əsgərlərinin adları həkk olunmuş Şəhidlik kitabəsinin üzərinə qərənfillər düzüblər.