Xalq artistinin oğlu Şuşa döyüşlərində şəhid olub FOTO

13 Noyabr 2020 13:40 (UTC+04:00)

Xalq artisti Əli Nurun oğlu, baş leytenant Rövşən Nurzadə Vətən müharibəsində şəhid olub. SİA-nın məlumatına görə, bu haqda Əməkdar artist Vəfa Zeynalova bildirib. O qeyd edib ki, Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası olan Ə.Nuranın övladı Şuşanın düşməndən azad edilməsi uğrunda aparılan döyüşlərdə iştirak edib:

"O, Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə canından keçib. Ruhu şad olsun! Torpaq Rövşən kimi oğullarla Vətən olur! Bütün şəhidlərimizin əbədi və əziz xatirəsi qarşısında baş əyirik!".