“Qarabağ – mədəniyyətimizin beşiyi”: Beşikdağ kilsəsi

12 Noyabr 2020 15:21 (UTC+04:00)

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə dağıdılan, talan edilən mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər, Azərbaycan xalqının Qarabağda saxtalaşdırmaya və mənimsənilməyə məruz qalan zəngin mədəni irsi ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə ictimailəşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən “Qarabağ – mədəniyyətimizin beşiyi” adlı layihə davam edir.

Mədəniyyət Nazirliyindən SİA-ya bildirilib ki, Beşikdağ kilsəsi Ağdam rayonunun Beşikdağ dağında yerləşir.

Qafqaz Albaniyası memarlığı üslubunda olan kilsə IV-VII əsrə aid edilir.