Tatarıstan Yazıçılar İttifaqının rəhbərindən Azərbaycana dəstək

11 Noyabr 2020 17:17 (UTC+04:00)

Qardaş Tatarıstan Yazıçılar İttifaqının (TYİ) rəhbəri, Əməkdar incəsənət xadimi Danil Salihov Azərbaycanın ərazi bütövlüyü uğrunda qalibiyyətli mübarizəsinə mənəvi dəstək verib.

SİA-nın məlumatına görə, Danil Salihov öz dəstək ismarıcında deyib: “Biz Azərbaycan hökuməti və xalqına öz ərazi bütövlüyü və regionda sülh, stabillik uğrunda apardığı mübarizədə tam dəstəyimizi ifadə edirik”.