Dünya hərb sənətinə yazılan zəfər səlnaməsi

10 Noyabr 2020 19:13 (UTC+04:00)

27 sentyabr 2020-ci il tarixində başlayan II Qarabağ savaşının ikinci günündə içimizdən gələn xeyir-dua ilə Azərbaycan Ordusunun zəfər yürüşünü uğurlayarkən belə rəşadətlə tez bir zamanda qələbə bayrağımızın Qarabağın inci-mirvarisi və Qarabağ Xanəgahının almaz qaşlı qızıl tacı Şuşada dalğalanmaqla dünyanı və elə bizi də təcübləndirəcəyini arzu edirdik. Və onda cəmi 45 gün öncəki düşüncələrimizi yekun əlavə ilə actual olduğu üçün bir daha nəzərdən keçirdik.

Hər şey Vətən üçün, hər şey cəbhə üçün, hər şey qələbə üçün!

Azərbaycanın haqq-ədalət müharibəsində millətimizə, dövlətimizə Uca və Qadir Allah yar və yardımçı olsun! Haqq və Həqiqət Əbədi və Əzəli olan Allah-Təaladır. Adil və Ədalət Bağışlayan, Mehriban və Əziz olan Allahdır.

Allahın yolundan azdıq, halal-haram bilmədən haqqı nahaqqa, xeyiri şərə dəyişdik və zərərə uğradıq, imtahan olunduq. İndi səhvlərimizi, günahlarımızı tövbə edibəlimizdə ikən qədrini bilməyib itirdiklərimizi döyüşüb geri qaytarmalıyıq və Allah dərgahında sağ olan şəhidlərimiz haqq uğrunda, ədalət uğrunda, hiylələrin, məkrlərin birləşərək Xocalıda, Şuşada, Daşaltıda və çay kənarında bəbək oynadan, dünyanın hiyləsinə saf su kimi baxan günahsız qızcığazın qətlə yetirilməsinə, ailəsinin, ana-atasının, bacı-qardaşının güllə baran olunmasına sinəsini sipər edən igid oğullar tapdalanmış haqq və ədalət uğrunda qorxmadan şəhidlik zirvəsinə, uca dərgaha yüksəldilər.

Və bu gün haqq müharibəsinə qalxan Azərbaycan Xalqı beynəlxalq hüquqda və Allah qarşısında öz təbii haqqını müdafiə edir.

Quranda və beynəlxalq hüquqda bu barədə nə deyilir?

Qurani-Şərif. Muhəmməd surəsi dördüncü ayədə (surə 47, ayə 4). Buna görə də kafirlərlə (muharibədə) qarşılaşan zaman onların, boyunlarını vurun (ilk işöldürməkdir). Nəhayət, elə ki, onları qırıb əldən saldınız, (onları əsir götürün və) bağlarını möhkəm bağlayın. Sonra onlara ya azad etməklə minnət qoyun və yaxud fidyə (onunəvəzində mal və əsir) alın ki, müharibə silahını yerə qoysun və yatsın. Budur (Allahınəmri). Əgər Allah istəsəydi, onlardan Özü intiqam alardı. Lakin sizin bəzinizi digər bəzinizilə (möminləri kafirlərlə, kafirləri mömünlərlə) sınamaq üçün (belə edir). Allah yolunda öldürülmüş kəslərin əməllərini (Allah) əsla itirmir (və onlara çoxlu mükafat verir) və sonra həmin surənin 35-ci ayəsində (Surə 47, ayə 35) deyilir. Buna görə də üstün olduğunuz, Allah sizinlə birgə olduğu və sizin əməllərinizi heç vaxt mükafatsız qoymayacağı bir halda zəiflik və süstlük göstərməyin və (düşməni) barışığa dəvət etməyin.

Torpaqlarımızın şğaldan azad olunması xəritəsi genişləndikcə və yüksəkliklər, zirvələr düşmən ünsürlərdən təmizləndikcə dünyanın və özümüzün nəzərində yüksələn Azərbaycan dövləti, Azərbaycan vətəndaşı, Azərbaycan vətəni, Azərbaycan türkü, Azərbaycan ruhu qəlbləri fəth edir.

Qurani-Şərif Fəth surəsi 1-ci və 2-ci ayələrində (surə 48, ayə 1 və 2) deyilir.
Surə 48, ayə 1
Həqiqətən Biz sənə zəfər – (kafirlərə qarşı dəlil-sübutlarla və çoxlu qələbələrlə mübarizədə) aşkar bir zəfər bəxş etdik.
Surə 48, ayə 2 ki,
Allah sənin keçmiş və gələcək günahlarını bağışlasın, sənə (olan) nemətini tamamlasın, səni doğru yola hidayət etsin.

Bu dünyanı bizlər üçün nemətlərlə dolduran və bəzəyib bizim ixtiyarımıza verən Uca və Qadir Allah Azərbaycana və bizə sonsuz nemətlər və cənnətməkan, altı-üstü bərəkətli torpağı Vətənqərar vermişdir. Bu nemətlərin, bu bərəkətin qədrini bilib şükür səcdəsini az etdik ki, bir müddətə düşmənlərlə sınağa çəkildik. Sınağa çəkilib, bədəlini ödəyib haqqımızı qaytarıb qədir-qiymətini daha çox bilməliyik bu vətənin, bu torpağın və güzəştə getməməliyik.

Hüquqi müstəvidə bu günkü dünyanın idarə olunduğu bütün hüquqi norma və qaydalarda beynəlxalq hüquqi sənədlər də göstərilir ki, Ermənistan Azərbaycan ərazisinin 20%-ni zəbt edib, işğal altında saxlayır və bu torpaqlar Azərbaycan dövlətinin sərhədlərinə daxildir və bu torpaqlar Azərbaycan xalqının vətənidir, milli sərvətidir.

Birləşmiş Millətlər Təşkilatının Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərindən Ermənistan qoşunlarının çıxarılması ilə dərhal azad edilməsi tələbini bildirən 4 qətnamə indiyədək icra olunmayıb. ATƏT, Avropa Şurası, Qoşulmama Hərəkatında birləşən dövlətlərin təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və demək olar ki, bütün beynəlxalq platformalar, beynəlxalq konfranslar və ayrı-ayrılıqda demək olar ki, bütün dövlətlər bu və ya digər formada rəsmi şəkildə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunduğunu təsdiq ediblər və eyni zamanda ya birbaşa bu işğal faktını pisləyiblər, ya da tövsiyə ediblər ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır.
Bunu bütün dünya bilə-bilə işğalçını maddi yardım ilə, hərbi vasitələrlə və Azərbaycanla bərabər dialoqa dəvət etməklə siyasi dəstək verən ikibaşlı oynayan, ikili standart dediyimiz hiylə, riya və ikiüzlü çoxluq! İndi sizin dediyinizi Azərbaycan icra edir. BMT-nin qətnamələrini icra edir və ikiüzlü çoxluğun qarşısında Türkiyə ilə çiyin-çiyinə dayanıb və kürəyini də Pakistan kimi dostlara söykəyib.

Dur deyən ikiüzlü, iki standartlı Qərb bütün dünya dövlətləri adından BMT-nin qəbul etdiyi qətnaməni 28 ildir Ermənistan saymır, Azərbaycan icra edir. Bəs burada nəyi müzakirə etmək lazımdır ki? Regiona təhlükə və mənfi impuls verən müharibəni 30 ildir mənasız danışıqları pozan və danışıqların perspektivinin üstündən xətt çəkən Ermənistanın yeni baş naziri olub. İndi yalnız bir məsələ ola bilər ki, Ermənistan ordusu təslim olub hərbi müqavimət göstərməməli və bütün hərbi təminatı təhvil verməlidir.

Sözsüz ki, Azərbaycan Ordusunun zəfər yürüşü və bütün beynəlxalq təzyiqlər qarşısında Türkiyənin tək və birmənalı dayanmasının qısaca Quranla və hüquqi haqqımız olduğunu bildirdik, bəs bu yürüşün, bu dönüşün mənəvi-psixoloji tərəfdən baxanda görünüşü necədir?

Bir türk müsəlman dövlətinə qarşı ənənəvi Qərb ikiüzlülüyünə Azərbaycan silləsi türkdilli dövlətlərin özünə inamını artırdı. Bundan sonra hər hansı masada və platformada türkdilli dövlətlərin mənəvi-psixoloji üstünlüyünü xeyli artırdı və bu dövlətlərin də inteqrasiyasında böyük təsiri olacaq. Necə ki, Sovet ittifaqının dağılmasında Qarabağ və 20 Yanvar hadisələri ilə Azərbaycan böyük rol oynamışdı, bu zəfər yürüşü də Qərbin çürük, Avropa İttifaqının xristian klubu və İslamofobiya psiximaniyadan uzağa gedə bilmədikləri üçün qaçılmaz tənəzzülü fonunda güclənən və inkişaf edən Türk İttifaqı üçün vacib mənəvi addım ola bilər. Bu zəfər yürüşü Qarabağı özünün problemi sayan türk qardaşlığımızın örnək ola biləcəyi Təbrizi və başqa qardaşlarımızı da düşündürəcək.

Haydı qardaşlar, hər şey Vətən üçün, hər şey cəbhə üçün, hər şey qələbə üçün irəli!

Müdrik, cəsur sərkədənin mətin iradəsi ilə aslan ordumuz, cəngavər qəhrəmanlarımız müasir hərb tarixinə qızıl hərflərlə vətənpərvərlik ruhu, qəhrəmanlıq, cəsarət və rəşadət nümunəsi, yüksək peşəkarlıq və intellektual hazırlıq səviyyəsi, ən müasir texnoloji və taktiki döyüş sənəti səlnaməsi yazaraq zəfər qazandı. Qısa zamanda düşməni məğlub edərək dünyanı heyrətləndirməyi, millətimizi, dostlarımızı qürurlandırmağı bacardı.

Dünya Azərbaycanlılarına, Türk Dünyasına qalibiyyət, zəfərbirlik gücünün aşıb-daşan vətənpərvərlik hissi, milli ruh bəxş edən müdrik, cəsur, dönməz Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu, Azərbaycan Əsgəri şücaət göstərərək Qadir Allahın izni, istəyi və iradəsilə zirvələri fəth etdi.

Alqış olsun uca millətimizə, müdrik Xalqımıza, qüdrətli dövlətimizə!

Rasim Quliyev,
Resurs Analitik İnformasiya Mərkəzinin rəhbəri