Ermənistan Müdafiə Nazirliyi Qarabağla bağlı üçtərəfli razılaşmanın tələblərinə əməl edəcək

10 Noyabr 2020 07:28 (UTC+04:00)

Ermənistanın Müdafiə Nazirliyi Ermənistan baş naziri, Rusiya və Azərbaycan Prezidentləri tərəfindən imzalanmış üçtərəfli razılaşmanın tələblərinə əməl etmək niyyətində olduğunu açıqlayıb.

SİA-nın erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, Ermənistanın Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, Ermənistan silahlı qüvvələri atəşkəs razılaşmasının öz üzərlərinə düşən bəndlərini həyata keçirəcəklər.