De Byazi Dövlət Bayrağı Günü münasibətilə sosial şəbəkə hesabında paylaşım edib

9 Noyabr 2020 20:25 (UTC+04:00)

Millimizin baş məşqçisi Canni De Byazi Dövlət Bayrağı Günü münasibətilə sosial şəbəkə hesabında paylaşım edib.

SİA xəbər verir ki, italyan mütəxəssis özünün "Feysbuk" hesabında bunları qeyd edib:

“Əziz azərbaycanlılar, sizi Azərbaycanın Dövlət Bayrağı Günü münasibətilə təbrik edirəm!”.