Yeniyetmə qohumu ilə evdən qızıl oğurlayan şəxs saxlanılıb FOTO

9 Noyabr 2020 11:05 (UTC+04:00)

Yeniyetmə qohumu ilə birlikdə evdən qızıl oğurlayan Astara sakini saxlanılıb. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan SİA-ya verilən məlumata görə, Astara şəhər sakini A.Məmmədov polisə müraciət edərək ona məxsus yaşayış evindən 1500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Astara RPŞ-nin əməkdaşları tərəfindən “isti izlərlə” keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq faktını tərətməkdə şübhəli bilinən şəxslərin Astara şəhər sakini R.Əlizadə və onun yetkinlik yaşına çatmayan qohumu olduğu müəyyən edilib və hər ikisi saxlanılıb. Oğurlanmış qızıl-zinət əşyaları onlardan aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Astara RPŞ-də araşdırma aparılır.

Hazırda həmin şəxslərin digər bu kimi cinayət əməllərində iştirak edib-etməməsinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.