Cəbhənin Xocavənd istiqamətində düşmən bəzi mövqeləri ataraq qaçır - VİDEO

8 Noyabr 2020 23:29 (UTC+04:00)

Azərbaycan Ordusunun cəbhənin Xocavənd istiqamətində keçirdiyi hücum əməliyyatı nəticəsində düşmənə ağır zərbələr endirilib.

Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, cəbhənin bu istiqamətində düşmənin mövqelərinə atəşlə zərər vurulub. Ağır itkilər verən düşmən bəzi hədləri ataraq qaçıb.

Həmin anları əks etdirən videogörüntüləri təqdim edirik.