MN: Azərbaycan Ordusu Şuşa şəhərinə tam nəzarət edir Müdafiə Nazirliyi

8 Noyabr 2020 20:52 (UTC+04:00)

Ermənistan tərəfi Şuşa döyüşlərindəki uğursuzluğunu ört-basdır etmək və öz cəmiyyətini sakitləşdirmək məqsədilə guya Şuşaya yenidən nəzarəti ələ keçirmək barədə dezinformasiya yayır.

SİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Ordusu Şuşa şəhərinə tam nəzarət edir.