“Biz Şuşaya mədəniyyəti qaytarırıq. Biz bərpa edəcəyik”. SİA-nın verdiyi məlumata görə, bunu Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov "Twitter" hesabında qeyd edib.
A.Kərimov paylaşımında Şuşada bərpa ediləcək mədəniyyət müəssisələrinin sayını açıqlayıb:
210 tarix-mədəniyyət abidəsi
20 mədəniyyət evi
19 kitabxana
8 musiqi məktəbi
7 muzey
1 qalereya
1 teatr.