Düşmənin məhv edilən hərbi texnikası - SİYAHI

8 Noyabr 2020 08:17 (UTC+04:00)
Noyabrın 7-si gün ərzində və 8-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub. Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, sutka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, 4 ədəd T-72 tankı, 2 ədəd D-20 topu və döyüş sursatı ilə dolu bir neçə hərbi yük avtomobili məhv edilib və sıradan çıxarılıb. Hazırda döyüş əməliyyatları davam edir. Əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.