Düşmən yaşayış məntəqələrimizi yenidən atəşə tutub

7 Noyabr 2020 10:52 (UTC+04:00)

Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun Şıxarx qəsəbəsini, Qazyan və Hüsənli kəndlərini, Ağcabədinin Yuxarı Qiyaməddinli kəndini artilleriya atəşinə tutub.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən SİA-ya məlumat verilib.

Ordumuz tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə tədbirlər görülür.