Qış mövsümünün yaxınlaşması Dağlıq Qarabağdakı hərbi əməliyyatlara bəzi korrektələr edir. Belə hesab olunur ki, bu cür vəziyyət hücum əməliyyatları aparanlardan daha çox müdafiə tərəfinə sərf etməkdədir. Lakin cəbhənin konfiqurasiyası və güc balansı zamanın Ermənistana deyil, Azərbaycana tərəf işlədiyinə şahidlik edir. Belə ki, ermənilər strateji Şuşa şəhərini saxlamaqda çətinlik çəkirlər və Azərbaycan Silahlı Qüvvələrinin qondarma “DQR”in “paytaxtına” tərəf irəliləməsinin qarşısını ala bilməyəcəklər. SİA xəbər verir ki, mövzu ilə bağlı Rusiyanın NEWS.ru nəşri hərbi ekspertlərdən bir sıra faktları araşdırıb və maraqlı nəticələr əldə edilib.
Qeyd olunur ki, “DQR”in ikinci ən böyük şəhəri olan Şuşa Qarabağın dağətəyi hissəsində yerləşir və son bir neçə gündə Azərbaycan Silahlı Qüvvələri güclərini bu ərazidə qruplaşdırıblar. Xəbərlərə görə, azərbaycanlı güclər bu yaşayış məntəqəsinə üç istiqamətdən yaxınlaşıblar. Hərbi mütəxəssislərin sözlərinə görə, artıq Azərbaycan batalyonları (taborları) şəhəri yerdə qalan digər erməni ordusunun qruplarından ayırmaq üzrədir.
Erməni hərbi birləşmələrinə loyallığı ilə seçilən jurnalistlər etiraf edirlər ki, “DQR”ə məxsus “ordu” ilə Ermənistanın hərbi birləşmələri cəbhə xətti boyunca düzülsələr də, şəxsi heyət çatışmır, fərarilik baş alıb-gedir, canlı qüvvə qıtlığı yaşanır
Yazıda o da qeyd olunur ki, İrəvan üçün bu ssenarinin qarşısını almaq çətin olacaq – hətta erməni hərbi birləşmələrinə loyallığı ilə seçilən jurnalistlər də etiraf edirlər ki, “DQR”ə məxsus “ordu” ilə Ermənistan birləşmələri cəbhə xətti boyunca düzülsələr də, şəxsi heyət çatışmır, o cümlədən, fərarilik baş alıb gedir, canlı qüvvə qıtlığı yaşanır.
Beləliklə, İrəvanın yeganə ümidi qış mövsümünün tez bir zamanda gəlməsidir. Adıçəkilən nəşr yazır ki, buna səbəb tezliklə qarın yağması, qatı dumanların düşməsi ehtimalıdır. Ermənilər belə düşünürlər ki, məhz belə bir hava şəraiti Azərbaycan həbri birləşmələrinin dağ yamaclarında hərbi sursat, yanacaq materialları və s. daşımaq imkanlarını çətinləşdirəcək, o cümlədən, ermənilərin kəşfiyyat-diversiya qruplarının fəallaşmasına şərait yaradacaq.
Azərbaycanlılara məxsus müasir hərbi texnika ilin istənilən vaxtında və müxtəlif effektləri ilə hərbi əməliyyatlar keçirməyə imkanlar verir
Birincisi, müharibənin qış mövsumündə davam etməsi və hərbi əməliyyatların müddətinin uzanması erməni tərəfinin ümidlərini doğrultmaya bilər. Buna isə digər sübutlar var. Belə ki, azərbaycanlılara məxsus müasir hərbi texnika ilin istənilən vaxtında və müxtəlif effektləri ilə hərbi əməliyyatlar keçirməyə imkanlar verir.
Rusiya nəşri qeyd edir ki, erməni diversantlar bir çox hallarda aşağı kvalifikasiyalı kəşfiyyatçılar olurlar. Bununa bağlı nəşr bir neçə faktı gətirir. Misal üçün, hələ yayda – avqust ayının 23-də Bakı Goranboy rayonu ərazisində təxribat törətməyə cəhd edən diversiya-təxribat qrupunun komandiri Qurgen Alaverdyanı əsir götürüldüyünü bəyan etdi. Ermənistanın müdafiə nazirliyinin mətbuat katibi Şuşan Stepanyan isə bəyan etdi ki, zabit Qurgen Alaverdyan havanın pis olması səbəbindən “hərbi mövqeləri yoxladığı zaman azıb”. Məhz bu məsələdə o, faktiki olaraq etiraf edib ki, xüsusi təyinatlılarının hərbi hazırlıq səviyyəsində uğursuzluğa uğrayıblar.
Eləcə də Serj Sarqsyan prezident olduğu vaxtlarda bəyan edirdi ki, 2016-cı ilin apreli ərəfəsində kəşfiyyatları effektli fəaliyyət göstərməyiblər.
Azərbaycan tərəfinin əlinə “Karabax Telekom” operatorunun bir neçə stansiyaları keçib
İkincisi, müdafiə olunanlar əlavə canlı qüvvələr üçün material tələbatların əldə edilməsində çətinlik çəkirlər. Bundan əlavə, əsas əməliyyat və təchizat xətləri təhlükə altında qalıb. Müxtəlif cinahlardan endirilən zərbələr nəticəsində isə vurulan nöqtələrin hər birini, eyni zamanda, müdafiə etmək məqsədini çətinləşdirir, güclərin uğurlu konsolidasiyasının qarşısını alır.
Üçüncüsü, atmosfer səviyyəsinin yüksək səviyyədə dağıdılması radiotexniki və radiolokasiya sistemlərinin ərazilərə yayılması gücünü azaldır, problemlər yaradır. Belə ki, erməni ekspertlərinin etdikləri etiraflarına görə, Azərbaycan tərəfinin əlinə “Karabax Telekom” operatorunun bir neçə stansiyaları keçib və bu da “DQR”dən çıxan zəngləri dinləmək, həmçinin konkret hərbi hissələrin, şəxsi heyətin hərəkətlərini izləməyə imkan verir.
Azərbaycan Silahlı Qüvvələri sübut edirlər ki, öz hərbi qulluqçularının həyatlarını qorumaq üçün taktiki yanaşmalarını dəyişə bilmək gücündədirlər və əməliyyatları yerli xüsusiyyətlərə uyğun şəklə doğru yönəldirlər
Dördüncüsü, əgər bildirilirsə ki, pis hava şəraiti PUA-ların uçuşunda çətinliklər yaranacaq və ona görə də Azərbaycan da məcbur olacaq ki, qırıcı təyyarələrini havaya qaldırsın – bu, səhv fikirdir.
Rusiya nəşri bunu belə əsaslandırır ki, Bakı çoxkanallı Wescam optik-elektrik sisteminə malik Bayraktar dronlarına malikdir. Pilotsuz aviasiya üzrə ekspertlərin adıçəkilən nəşrə verdikləri açıqlamalarına görə toz, duman, yağıntılar müəyyən mənada maneələr yarada bilər, lakin bütün bunların təsirlərinin, xüsusilə pis hava şəraitinin minimallaşdırılması üçün müxtəlif diapazon spektorlarında işləyən datçiklər işə salınır. Bundan əlavə, PUA-lara optik-elektron sistemə malik və səmərəli RLS-lər də qoşulub.
Beləliklə, nəşr yazır ki, hərbi fəaliyyət teatrı dəyişdirilib – indi həmin fəaliyyət dağ və meşələrdə davam edir, bu baxımdan, taktikalar da başqa cürdür. Azərbaycan Silahlı Qüvvələri sübut edirlər ki, öz hərbi qulluqçularının həyatlarını qorumaq üçün taktiki yanaşmalarını dəyişə bilmək gücündədirlər və əməliyyatları yerli xüsusiyyətlərə uyğun şəklə doğru yönəldirlər.
Şuşanın işğaldan azad edilməsi Laçının və Laçın dəhlizinin kəsilməsi baxımından qaçılmazdır
Ona görə də qış kampaniyası Azərbaycan Ordusunun hücum əməliyyatlarına heç bir maneə yarada bilməz. Pilotsuz təyyarələr əvvəlki kimi istifadə ediləcək, digər tərəfdən, erməni tərəfi qışda meşə ərazilərində gizlənmək üçün münasib yer tapmağa çətinlik çəkəcəklər. Bu zaman PUA-lar onları daha effektli şəkildə müəyyən edə biləcək və Azərbaycanın havadakı üstünlüyü qorunub-saxlanılacaq. Növbəti irəliləmələr qaçılmazdır, sadəcə, irəlidə qarşı tərəfin kiçik qrup “təmizləmələri” gözlənilir ki, bu da bir az müddət tələb edir. Şuşanın işğaldan azad edilməsi Laçının və Laçın dəhlizinin kəsilməsi baxımından qaçılmazdır. Bu baxımdan, qış mövsümünün yaxınlaşması, ümumilikdə, hərbi kampaniyanın gedişinə heç bir kritik təsir göstərməyəcək.
Rövşən RƏSULOV