Tatarıstanın Xalq şairindən Azərbaycana dəstək

6 Noyabr 2020 09:12 (UTC+04:00)

Qardaş tatar xalqının böyük ziyalılarından olan, Tatarıstanın Xalq şairi, Dövlət mükafatı laureatı, uzun illər Tatarıstan Dövlət Şurasının deputatı, Komitə sədri və Rəyasət heyətinin üzvü olmuş Razil Vəliyev Azərbaycan Ordusunun sentyabrın 27-dən başlayan yeni xilaskarlıq hərəkatı ilə bağlı ürək sözlərini azərbaycanlı dostları ilə bölüşüb.
SİA görkəmli Xalq şairinin ürək sözlərini oxuculara təqdim edir:

“Son aylarda Qarabağdakı qanlı hadisələri narahatlıqla izləyirik. Azərbaycanlılıar bizim qardaşlarımızdı, bizi damarlarımızdan axan qan birləşdirir. Bizi Sizin uğurlarınıza və qələbələrinizə sevinirik. Siz kədərlənəndə Sizinlə birgə qayğılanırıq.
Azərbaycan bu gün özünün suverenliyi, Vətənin bölünməz torpaqları uğrunda ədalətli mübarizə aparır. Ədalət qalib gəlməlidir!
Biz bütöv Vətən üçün həlak olan qəhrəmanların ruhu qarşısında baş əyir və onların yaxınlarına, dostlarına başsağlığı veririk”.