Qurban Qurbanov: "Sivasspor”un qələbəsi üçün sevinirəm”

6 Noyabr 2020 00:28 (UTC+04:00)

“Sivasspor”u təbrik edirən. Çox yaxşı 3 xal qazandılar”.

SİA-nın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

O, Avropa Liqasının qrup mərhələsinin III turunun “Sivasspor”la Türkiyədəki oyunundan sonra keçirilən mətbuat konfransında iştirak edib. Mütəxəssis 0:2 hesablı məğlubiyyətə şərh verib: “Biz də çox istəkli idik. Daha yaxşı oynamaq istəyirdik. “Sivasspor” bu gün yaxşı müdafiə olundu. Buraxdığımız ilk qola baxmayaraq topa sahib olmağa çalışdıq. Sivasspor”un qələbəsi üçün sevinirəm”.