“Qarabağ heç vaxt erməni mədəniyyətinin mərkəzi olmamışdır. Qarabağ mədəniyyəti vahid mərkəz olub, Azərbaycan xalqına məxsusdur” - İ.P.Petruşevski
Ermənilərin özlərini dünyanın ən qədim xalqı hesab etməsi, Yaxın Şərq və Qafqazda “Böyük Ermənistan” adlı mifik dövlətləri haqda cəfəngiyyatları tarix elmində heç bir fakta, sənədə, dəlilə söykənməyən uydurmalardır. Bu uydurmalara dünyada özlərindən başqa heç kim inanmır, lakin bu onlara bu cür utopik saxta tarixi xəritələr düzəltməyə mane olmur (saxta "Böyük Ermənistan xəritəsi"- Azərbaycan Ordusu tərəfindən azad eilmiş ərazilərdə inzibati idarə binasında aşkar edilib- E.B.) .
Erməni tarixinin əsaslandığı mənbələr onlara aid deyil
Bəzi erməni tarixçiləri bəyan edirlər ki, erməni xalqı 8 min il əvvəl formalaşıb, Ermənistan dövləti isə 4 min il əvəl yaranıb. Üstəlik, də Qafqaz, İranın şimalı və Türkiyənin şərqi guya “Böyük Ermənistan” dövlətinin ərazisi olub. Belə cəfəng iddialar dünya tarix elmində gülüşlə qarşılanır.
Ermənilərin öz tarixləri ilə fəal manipulyasiya etmələri tarix elmində heç nəyi dəyişdirmir. Lakin ermənilər bununla sakitləşmir, ona görə də qonşu xalqların, o cümlədən, Azərbaycan xalqının tarixini hər vasitə ilə təhrif etməyə çalışırlar.
Məqsədi Azərbaycan xalqına ləkə yaxmaq olan belə iftiralar konkret psixi xəstəliyin nəticəsidir. Əlbəttə, müxtəlif etnik qrupların vahid dövlətdə (məsələn, Azərbaycanda) sülh və qardaşlıq şəraitində, vahid cəmiyyətdə yaşamasını başa düşmək onlar üçün çətindir. Axı Ermənistan monoetnik ölkədir və belə hallar onlar üçün qəbuledilən deyil.
Alimlər ermənilərin belə davranışını erməni xalqının bu əraziyə genetik bağlılığının olmaması ilə izah edirlər. Ermənilərin tarixinə aid arxeoloji məlumatların azlığı səbəbindən bu xalqın etnogenezinin öyrənilməsinin özəyini linqvistik və antropoloji məlumatlar təşkil edir. Əlbəttə, hər bir xalq kimi, ermənilərin də tarixi var. Lakin ermənilərin tarixi kimi qələmə verilənlər arxeoloji tədqiqatlara, yaxud qədim abidələrə əsaslanmır.
Tədqiqatçılara antik və ya daha erkən dövrlərin elə məxəzləri məlum deyildir ki, orada ermənilər öz tarixləri haqqında nə isə demiş olsunlar. Qədim erməni şəhər mədəniyyətinin və ya fundamental tikililərin arxeoloji izləri nə Şərqi Türkiyənin ərazisində, nə də axtarışların xüsusi diqqətlə aparıldığı müasir Ermənistanın ərazisində aşkar edilib.
Arminlərin yaşadığı Arminiya ölkəsinin adına ilk dəfə İran şahı I Daranın (təxminən e.ə. 522-488-ci illər) kitabələrində rast gəlinir. Müasir İran şəhəri Həmədanın yaxınlığında paralel olaraq akkad, qədim fars və elam dillərində həkk edilmiş Nəqşi-Rüstəm və Bisütun kitabələrində qədim fars sözü Armina və elam sözü Harminuia qədim fars və elam mətnlərinin o yerlərində ortaya çıxır ki, akkad mətnində həmin yerdə Uraastu, yəni Urartu yazılıb. Şah I Dara təslim edilmiş 25 xalqın adını çəkir və onun tabeliyində olan torpaqların ölçülərini göstərir. Bu siyahıda haylar haqqında bir kəlmə də yoxdur, orada yalnız bugünkü ermənilərə aidiyyəti olmayan Arminiya coğrafi vilayəti var.
Erməni etnogenezinin Qafqazda izi yoxdur
Eyni zamanda, müasir ermənilər antropoloji yekcinsliklə seçilmirlər. Bu da mürəkkəb etnogenez prosesi ilə bağlıdır (erməni etnosuna daxil olmuş etnik elementlərin müxtəlif miqrasiyaları nəticəsində). Ermənistan ərazisində qədim qəbiristanlıqlardan tapılmış kəllələr baş göstəricilərinə görə müasir ermənilərin baş göstəricilərindən kəskin fərqlənir. Öz irsi fiziki əlamətlərinə görə isə ermənilərin 16 antropoloji tipə bölünməsi tədqiqatçılarda heyrət doğurur: bir xalqda bu qədər antropoloji fərq ola bilməz. Doğrudan da, bu, yalnız assimilyasiyaya uğramış və mənşəyi ilə fərqlənən xeyli etnik qrupun mövcudluğu nəticəsində mümkün ola bilər.
Ermənilərin etnogenezini öyrənən tədqiqatçılar bilirlər ki, onların tərkibində assimilyasiyaya uğramış qaraçıların da müəyyən təbəqəsi vardır. Ola bilsin, bu səbəbdən ermənilər daimi yaşayış yerinə bağlı olmayıblar.
Uzun əsrlər boyu erməni-qriqorian kilsəsi tərəfindən ermənilərin tarixinə o qədər süni, uydurma, əfsanəvi, qondarma məqamlar gətirilib ki, hətta mütəxəssislər də nəyin həqiqət, nəyin yalan olmasını çox zaman dəqiq seçə bilmirlər.
Məsələn, erməni alimləri sübut etməyə çalışırlar ki, onların mənşəyi Türkiyə və Cənubi Qafqazdır. Onlar iddia edirlər ki, Urartu qədim erməni dövlətidir. Ancaq elmə məlumdur ki, urartların və Urartu dövlətinin dili hald və biayn dilləri idi, onlar hurrit dili ilə birlikdə hurri-urart dilləri ailəsinə mənsubdur. Onların dili e.ə IX-VI əsrlərə aid mixi yazılarından məlumdur. Gördüyümüz kimi, onun erməni dilinə heç bir aidiyyəti yoxdur.
Tarixi mənbələrə və faktlara əsaslanaraq, qeyd edək ki, hayların əcdadları muşk tayfaları kimmerlər tərəfindən Balkanlardan qovulduqdan sonra Mesopotamiyaya gəlib çıxıblar və az sonra o dövrdə tənəzzülə uğramış Urartu dövlətinin ərazisində peyda olublar. Muşklar burada yurd saldıqdan sonra yerli əhaliyə qatışmışlar. Yunanlar onlara yerləşdikləri Arminiya coğrafi ərazisinə uyğun ad verdilər- "erməni".
Qafqaz qədim və orta əsrlərdə: ermənilər burada yoxdur
Eramızın I minilliyinə aid müxtəlif mənbələrdə (yunan, ərəb, fars, Roma mənbələri) Kürdən cənubdakı ərazidə yalnız alban, sak, qarqar, sode və uti adları ilə məlum olan tayfalar haqqında məlumat verilir. Qarabağda erkən və orta əsrlərdə qədim türk tayfaları- Aran, Tərtər, Donqar, Peçenek, Hun, Qoros (Horos), Vərəndə, Tuğ, qarqarlar, hunlar, qoroslar, peçeneklər, qıpçaklar və xəzərlər yaşayırdılar. Bunların heç biri ermənilərə aid deyil.
2-ci minilliyin əvvəllərində də qədim Azərbaycan dövləti olan Albaniyanın 3 əsas bölgəsindən birinin- Arranın (Qarabağın yerləşdiyi Kür-Araz arası ərazidə) əhalisi türklərdən ibarət olduğu mənbələrdə öz əksini tapmışdır. XIII əsrin məxəzi olan “Əcaib əd-dünya”da məlumat verilir ki, “Türklər Arranda əsas etnik qrup idi. Arranda 100.000 türk süvarisi var idi”.
1727-ci ildə Dağlıq Qarabağın 5 mahalına mənsub kəndlərin tərtib olunmuş siyahısı erməni yalanlarını sübuta yetirən olduqca tutarlı dəlildir. Talış və ya Gülüstan, Xaçın, Çiləbörd, Vərəndə və Dizaq mahallarında yerləşən 196 kənddən ermənicə izah oluna bilən yalnız 2 kənd adı var:- Arçazor və Noraşen. Bütün bunlar bir daha sübut edir ki, ermənilər Qarabağa çox-çox sonralar gəlmiş və xristian albanlarla qaynayıb qarışmışlar.
Qarabağ əhalisinin maddi təsərrüfat, mədəniyyəti, inam və etiqadlarına aid zəngin etnoqrafik məlumatları təhlil edib, tarixi mənbələrə istinad edən İ.P.Petruşevski yazırdı: “Qarabağ heç vaxt erməni mədəniyyətinin mərkəzi olmamışdır. Qarabağ mədəniyyəti vahid mərkəz olub, Azərbaycan xalqına məxsusdur”
İran tarixçisi Məhəmməd Hafizzadə də fars dilində 2001-ci ildə Təbrizdə nəşr etdirdiyi “Qarabağ” adlı əsərində Qarabağ xanlığına ayrıca bölmə həsr etmişdir. Müəllif qeyd edir ki, “Qarabağ mahalı tayfaları mənşə etibarilə albanlar olmuşlar… Albaniyanın əhalisi heç vaxt erməni ola bilməzdi və bu ərazi Ermənistan da sayıla bilməzdi...”.
Abbasqulu Ağa Bakıxanov "Gülüstani-İrəm" əsərində Pənah xanın və İbrahimxəlil xanın hakimiyyətləri illərində Qarabağ xanlığının əhalisinin 90 faizinə qədərini islamı qəbul etmiş Azərbaycan türkləri, 9 faizə qədərini xristianlığı qəbul edən albanlar və 1 faizə qədərini isə azsaylı xalqlar təşkil etmələri öz əksini tapmışdır.
Göründüyü kimi, 2 əsr əvvələ kimi, Qarabağda erməni yoxdur. Burada erməni mədəniyyətinə, dilinə, tarixinə, memarlığına aid heç nə yoxdur. Ərazi qədim Alban torqpaqlarıdır. Albanların da kim olduğu dünya tarix elminə dəqiq məlumdur. Müxtəlif tayfalardan ibarət olan bu xalq burada qədim mədəniyyətin və dövlətçiliyin yaradıcısıdır. Bu tayfa və xalqların arasında ermənilərin də olduğunu dünyanın hemç bir tarixçisi, tarixi sənədi qeyd etmir.
(Ardı olacaq)
Elçin Bayramlı
Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi" istiqaməti çərçivəsində hazırlanıb.