“Amazon”un rəhbəri Ceff Bezos bu həftə şirkətin səhmlərini 3,1 milyard dollardan çox məbləğə satıb.
SİA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə “CNBC” telekanalı ABŞ Qiymətli Kağızlar və Birjalar üzrə Federal Komissiyaya göndərilmiş bildirişə istinadən məlumat yayıb.
Bu sənədlərə görə, Bezos avqust ayında “Amazon”un 3,1 milyard dollardan çox, fevral ayında isə 4,1 milyard dollardan çox qiymətli kağızlarını satıb. Bu həftəni də nəzərə alsaq, dünyanın ən varlı adamı bu il səhmlərin satışından 10,3 milyard dollardan çox pul qazanıb. Keçən il onun qazancı 2,8 milyard dollar olub.