MN: Azərbaycan PUA-ları Ermənistan ərazisi üzərində uçuşlar həyata keçirmir

4 Noyabr 2020 21:13 (UTC+04:00)

Azərbaycana məxsus 2 ədəd pilotsuz uçuş aparatının (PUA) Ermənistan HHM bölmələri tərəfindən vurulması barədə düşmən tərəfinin yaydığı məlumat yalandır.

SİA xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, Azərbaycan PUA-ları Ermənistan ərazisi üzərində uçuşlar həyata keçirmir.