14 yaşlı ingilis kimsəsiz adada 74 il yaşayıb

16 May 2011 13:45 (UTC+04:00)

1911-ci ildə Sakit okeanda güclü fırtına nəticəsində bir gəmi batıb. SİA-nın xəbərinə görə, 14 yaşlı ingilis Çerli Biba xilas ola bilib və bir kimsəsiz adada 74 il yaşayıb. 1985-ci ildə Qərbi Almaniya gəmisi həmin adanın yaxınlığından keçərkən onu götürərək öz vətəninə gətirib. Onda Çerlinin 88 yaşı var idi.