Polkovnik Hafiz Ağayev sağdır - Ermənistanın növbəti yalanı ifşa olundu

4 Noyabr 2020 13:18 (UTC+04:00)

Ermənistanın daha bir yalanı ifşa olunub.

Belə ki, ermənilərin Azərbaycan ordusunun polkovniki Hafiz Ağayevin həlak olması barədə məlumatı saxta çıxıb.

Müdafiə Nazirliyindən cavab olaraq bildiriblər ki, Hafiz Ağayev sağdır, hazırda xidmətini davam etdirir.

Qeyd edək ki, ermənilər tərəfində Hafiz Ağayevin olduğu maşının dörd gün əvvəl minaya düşdüyü xəbəri yayılmışdı.