Düşmən Tərtər və Ağcabədi rayonlarının ərazisini atəşə tutur MN

4 Noyabr 2020 09:10 (UTC+04:00)

Noyabrın 4-ü saat 08.05-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun Hüsənli və Qazyan kəndlərini, eləcə də Ağcabədi rayonunun Hacılar, Qaraxanlı və Boyat kəndlərini ara-sıra artilleriya atəşinə tutur.

Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, Azərbaycan Ordusunun bölmələri adekvat cavab tədbirləri görür.