Avropa Yayım Birliyi “Eurovision- 2012” mahnı müsabiqəsinin təxmini tarixlərini söyləyib

16 May 2011 13:05 (UTC+04:00)

Avropa yayım Birliyi Azərbaycanda keçiriləcək "Eurovision- 2012" mahnı müsabiqəsinin təxmini tarixlərini söyləyib. SİA-nın müsabiqənin Azərbaycandakı rəsmi fan klubu olan \"Ogae Azərbaycan\"-a istinadən verdiyi məlumata görə, həmin tarixlər belədir:

Mayın 22-i birinci yarımfinal, 24-ü ikinci yarımfinal və 26-da isə final mərhələsi Bakıda böyük Avropa musiqi bayramı qeyd ediləcək.