Ermənistan hazırda elə bir vəziyyətdədir ki, artıq nə edəcəyini və hansı yalan və böhtan xarakterli məlumat yayacağını bilmir. Bu barədə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən SİA-ya bildirilib ki, düşmən Azərbaycan hərbi aviasiya vasitələrinin guya Şuşa və Xankəndidə dinc əhalini atəşə tutması barədə yalan məlumatlar yaymağa davam edir: "Biz bir daha bildiririk ki, Azərbaycan Ordusu dinc əhali və mülki infrastruktura atəş açmır".