Xocavənd ətrafında düşmən tankları darmadağın edildi (VİDEO)

3 Noyabr 2020 20:04 (UTC+04:00)

Noyabrın 3-də cəbhənin Xocavənd istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri düşmənin tank bölmələrini döyüş meydanından qaçmağa məcbur edib. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən SİA-ya məlumat verilib.

Bölmələrimizin dəqiq atəş zərbələri ilə düşmənin bir neçə tankı döyüş heyəti ilə birlikdə məhv edilib.

Düşmən tanklarının məhv edilməsi anlarını əks etdirən videosujeti təqdim edirik.