Xocavənddə Ermənistanın alay komandiri fərarilik edib - Müdafiə Nazirliyi

3 Noyabr 2020 16:43 (UTC+04:00)

Cəbhənin Xocavənd istiqamətində gedən döyüşlərə cəlb edilən Ermənistan silahlı qüvvələrinin 2-ci motoatıcı alayına vurulan atəş zərbəsi ilə xeyli sayda şəxsi heyət məhv edilib və döyüş texnikası sıradan çıxarılıb. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən SİA-ya məlumat verilib.

Həmçinin alay komandirinin fərarilik edərək qaçdığı və D-20 artilleriya divizionunun hərbi qulluqçularının itkin düşdüyü də məlum olub.