Şuşa və Xocavənddə dinc əhalinin atəşə tutulması məlumatı yalandır MN

3 Noyabr 2020 09:17 (UTC+04:00)

Bu gün səhər saatlarından guya Azərbaycan Ordusunun Şuşa və Xocavənd şəhərlərindəki dinc əhalini yenidən atəşə tutmağa başlaması barədə Ermənistan mətbuatının yaydığı məlumat yalandır.

Bu barədə SİA-ya Müdafiə Nazirliyindən bildirilib.

Nazirlik növbəti dəfə bildirir ki, Azərbaycan Ordusu mülki əhaliyə və qeyri-hərbi infrastruktura atəş açmır.