Bir gündə düşmənin məhv edilən hərbi texnikası - SİYAHI

3 Noyabr 2020 08:00 (UTC+04:00)

Sutka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, 4 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 1 ədəd KUB zenit-raket kompleksi, 9 ədəd müxtəlif tipli topu və 2 ədəd sursatla dolu yük maşını məhv edilib və sıradan çıxarılıb.

Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.