Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur - Müdafiə Nazirliyi

2 Noyabr 2020 17:58 (UTC+04:00)

Ermənistan mətbuatı bu gün işğal altında olan yaşayış məntəqələrimizin guya Azərbaycan Ordusu tərəfindən müxtəlif silahlardan atəşə tutulması ilə bağlı bir neçə dəfə həqiqətə uyğun olmayan məlumatlar yayıb. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən SİA-ya məlumat verilib.

"Bir daha rəsmi olaraq bildiririk ki, Azərbaycan Ordusu mülki əhaliyə və qeyri-hərbi infrastruktura atəş açmır" - deyə, məlumatda deyilir.