Körpə əkiz qardaşını həyata qaytardı

16 May 2011 12:41 (UTC+04:00)
Britaniyada baş verən hadisə hər kəsi heyrətləndirib. SİA-nın xəbərinə görə, yeni dünyaya gələn əkizlərdən birinin yaşamaq şansı olmadığından körpələri ayırmaq qərarına gəliblər. Amma xəstəxananın qaydalarına əməl etməyən tibb bacısı körpələri yenidən bir yerə qoyub. Bir az keçəndən sonra sağlam körpə sanki qorumaq istəyərək zəif qardaşına sarılır və bunun təsiri ilə körpənin ürək döyüntüləri, bədən tempraturu normala qayıdır. Yaşamayacaq deyilən uşaq sarılmanın təsiri ilə həyata qayıdır.