Aşıq Zülfiyyəyə telekanalların birində qadağa qoyulub. SİA-nın məlumatına görə, bu haqda ifaçının özü danışıb: "Verilişlərin birinə dəvət olunmuşdum. Həmin proqramda sözləri və musiqisi özümə aid olan general-mayor Polad Həşimov başda olmaqla bütün şəhidlərə həsr etdiyim mahnını oxumaq istədim. Amma sözügedən televiziya kanalından mənə dedilər ki, şəhidlər haqqında mahnı oxuma.
Mən də sual verdim ki, belə bir dönəmdə sevgidən oxuyum? Utanmırsınız, ayıb deyil? Bu saat yer-göy ağlayan bir dönəmdə biz sənətçilər şəhidlərdən oxumayaq, bəs nə edək? O şəhidlərinin çoxunun el şənliklərini və balalarının kiçik toylarını mən idarə etmişəm. O cür oğulları necə unudaq.
Allah pis insanlara lənət etsin ki, adamın hissləri ilə oynayırlar. İnsanın hisslərinə qiymət vermirlər. Çox əfsuslar olsun. Həmin telekanalı qınayıram".