“Bayden illərlə karantin elan edəcək” - Tramp

2 Noyabr 2020 10:10 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, seçkilərdəki rəqibi Co Bayden qələbə qazanacağı halda ölkədə illərlə karantin rejimi elan oluna bilər. SİA xəbər verir ki, bu barədə ABŞ lideri “Twitter” hesabında yazıb.

“Bayden ölkəmizi bir neçə illik bloklamaq istəyir. Dəli! Heç bir bloklama olmayacaq”, - deyə D.Tramp bildirib.

Xatırladaq ki, ABŞ-da koronavirusa 9.2 milyondan çox yoluxma qeydə alınıb.