Düşmənin məhv edilən hərbi texnikasının SİYAHISI

2 Noyabr 2020 08:00 (UTC+04:00)

Sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 10 ədəd müxtəlif tipli topu, 3 ədəd sursatla dolu yük maşını və 5 ədəd digər avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.