Hərbi Hava Qüvvələrimizin Su-25 həmlə təyyarəsi düşmən mövqelərini bombardman edib

1 Noyabr 2020 22:46 (UTC+04:00)

Oktyabrın 31-də Hərbi Hava Qüvvələrinin Su-25 həmlə təyyarəsi düşmən mövqelərini bombardman edib.

Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, endirilən aviazərbələr nəticəsində düşmənin səngərlərdə və yeraltı sığınacaqlardakı xeyli sayda canlı qüvvəsi məhv edilib.

Düşmənin canlı qüvvəsinin məhv edilməsinin videogörüntüsünü təqdim edirik.