Azərbaycan Ordusundan hərb tarixinə düşəcək əməliyyat

1 Noyabr 2020 11:16 (UTC+04:00)

Azərbaycan Ordusunun bölmələri bütün cəbhə boyu uğurlu əməliyyatlarını davam etdirir. Müdafiə Nazirliyinin gündəlik məlumatlarından da məlum olur ki, düşmən həm canlı qüvvə, həm də texnika baxımından ciddi məğlubiyyətə uğrayır, itkiləri milyard dollarla ölçülür.

SİA-nın verdiyi məlumata görə bu faktı dünyanın tanınmış hərbi qaynaqları da etiraf edir. Belə ki, Ukraynalı ekspertlər 30 oktyabr gününü Ermənistan silahlı qüvvələri üçün "qara cümə", "fəlakət günü" adlandırıblar: "Azərbaycan ordusunun bir gündə 3 "Smerç"i vurmasını hərb tarixinə düşəcək əməliyyat kimi qiymətləndirilir. Yeri gəlmişkən, "Smerç"in qiyməti modifikasiyasından asılı olaraq 10-12,5 milyon dollardır".

Eşq olsun Azərbaycan ordusuna! Qarabağ Azərbaycandır!